“28 May Müstəqillik Günündə Prezidentin Laçına səfəri dünyaya mesajdır” Deputatdan ŞƏRH

“Laçın şəhərində görülən işlər və şəhərin bərpası üçün atılan addımlar Azərbaycan dövlətinin gücünü göstərir”.

Bu sözləri Ednews-a açıqlamasında deputat Müşfiq Məmmədli bildirib. O qeyd edib ki, bütün bunlar qələbədən sonrakı fəaliyyətin baris nümunəsidir:

“Xüsusən də 28 May Müstəqillik Günündə İlham Əlyevin Laçına səfəri, sakinlərin öz doğma yurduna qayıtması çox anlamlı mesajdır. Birinci mesaj ondan ibarətdir ki, müstəqilliyimiz dönməz və əbədidir. İkinci isə Azərbaycan həqiqi müstəqilliyini canı və qanı bahasına alıb. Azərbaycan öz torpaq və sərhədlərinə tam nəzarət edir. Laçında Dövlət Gömrük Komitəsinin Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsi dünyaya bir bəyandır. Müstəqillik təkcə güclü ordu, sərhədlərin qorunması ilə olmur. Bizim quruculuq bərpa işlərimizdə Qarabağ və Şərqi Zəngəzur başdan-başa çiçəklənir və əvvəlkindən daha gözəl guşəyə çevrilir”.

Deputatın sözlərinə görə, Azərbaycan quruculuq işlərində heç bir ölkədən dəstək almayıb və bu işi tək başına etdiyini vurğulayıb:

“Azərbaycan gördüyü işlərdə heç bir yerdən yardım almır. Prezident 28 May Günü bütün dünyaya bəyan etdi ki, artıq Azərbaycan öz dövlətinin, müstəqiliyinin inkişafını daim dəstəkləyir. İşğaldan azad edilmiş bölgələrdə çox sürətlə abadlıq-quruculuq işləri davam edir. Dünyanın və Avropanın inkişaf etmiş bölgələrinə uyğun şəkildə Laçının, Kəlbəcərin bərpa işləri davam edir. Yeni uğurların şahidi olacağıq. Dağları, sıldırım qayaları yararaq tunel qururuq. Mənfur düşmənin hərəkətlərindən sonra bu cür quruculuq işlərinin olması dünyaya böyük mesajdır”. 

Aysel Şahmar

 
İlham Əliyev xalqa müraciət edir - Canlı