Rəsmi Moskva Kosovonu serblərin hüquqlarına hörmət etməyə çağırıb.
Ednews CNN-ə istinadən xəbər verir ki, Kremlin mətbuat rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında Kosovodakı serblərin bütün hüquq və azadlıqlarına hörmət edilməli olduğunu bildirib. O, Rusiyanın Serbiya və serbləri qeyd-şərtsiz dəstəklədiyini vurğulayıb.
Peskov serblərin hüquqlarını tapdalayacaq təxribatlar etməməklə bağlı Kosovo hökumətinə xəbərdarlıq edib və mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını bildirib.
Amerika Birləşmiş Ştatları da Serbiya və Kosovonu ölkənin şimalında, onlarla sülhməramlı və etirazçının yaralanması ilə nəticələnən toqquşmalardan sonra gərginliyə son qoymağa və beynəlxalq gücləri sülh səylərini gücləndirməyə çağırıb.
Törə Zeynallı