İran Çin vasitəçiliyi ilə 7 il davam edən mübahisəyə son qoyaraq Ər-Riyaddakı səfirliyini yenidən açıb.
“Səudiyyə Ərəbistanı -İran münasibətlərinin bərpası regiona çox müsbət təsir göstərəcək”.
Ednews xəbər verir ki, bu sözləri Ərəb məsələləri üzrə ixtisaslaşan jurnalist Əli Əl-Hufi verdiyi açıqlamada deyib.
O, həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı Krallığı ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin bərpası ilk müsbət addım sayılır və bu digər Körfəz ölkələri İran ilə diplomatik münasibətlərini normallaşdırmaq üçün töhfə verəcək.
“Bu da öz növbəsində regiondakı məsələlərə və böhranlara çox müsbət təsir göstərəcək”.
Əl-Hofi krallıq və İran arasında iqtisadi əlaqələrin gələcəyi barədə də fikir mübadiləsi aparıb.
“İllərlə sürən gərginliyə baxmayaraq, iki ölkə arasında olan iqtisadi əlaqələr, ticarət mübadiləsi davam edib və son 7 ildə iranlıların Həcc və Ümrə ziyarətini ziyarət etməsi buna sübutdur.
Səudiyyə Ərəbistanı ilə İran arasında ticarət mübadiləsi 1,24 milyard Səudiyyə riyalı (330 milyon dollar), ticarət balansı isə təxminən 316 milyon Səudiyyə riyalı təşkil edib».
Ekspert iki ölkə arasında yenidən siyasi əlaqələrin bərpasının səbəbini belə izah edib:
“Diplomatik əlaqələrin bərpasının əsas səbəbi Çinin bölgədə vasitəçi kimi rol oynaması və regionda sabitliyin bərqərar etmək istəyidir”.
Loğman Yunis