Lukaşenkonun qaçqın siyasəti, Avropa İttifaqına meydan oxuması... Polşa-Belarus sərhədində nə baş verir? – ŞƏRH

Siyasət 12:25 17.06.2023

Polşa Belarusla sərhəddə elektron hasarın tikintisini başa çatdırıb. Hasar Polşa-Belarus sərhədində 206 kilometr uzunluğunda quraşdırılıb.

Polşa hökümətinin strategiyasına görə elektron hasar əsasən qeyri-qanuni miqrasiyanın və qaçaqmalçılığın qarşısını alacaq. 

"Qaçqınların Aİ ölkələrinə getməsi artıq Belarus rəsmiləri tərəfindən əngəllənməyəcək",-Lukaşenkonun 2020-ci ilin əvvəlində açıqladığı bu  sözlərlə Belarusdan Polşaya axın edən qaçqın sayının artması sərhəddə zamanla gərginliklərin yaşamasına səbəb oldu.

Lukaşenkonun qaçqın siyasəti, Avropa İttifaqına meydan oxuması...

Lukaşenkonun Aİ qarşı bu cür siyasət yürütməsinə 2020-ci il seçkilərindəki zorakılıqlarla bağlı tənqid olunması və  "Ryanair" təyyarəsini göyərtəsindəki müxalif jurnalistə görə zorla yerə endirməsi olub. Çünki bu hərəkətlərinə görə o,  Aİ tərəfindən sanksiyalara məruz qaldı. Ancaq Belarus liderinin buna cavabı gecikmədi, o, açıq şəkildə Aİ-nı təhdid edərək buna mühacir siyasətini dəyişdirməklə cavab verəcəyini deyir.

Bir diqqət çəkən məqam da bu miqrant siyasətində Putinin Batyaya göstərdiyi etimad və dəstək idi. Belə ki, Putin də ən ciddi rəqiblərindən olan Aleksey Navalnının zəhərlənməsinə görə Avropa İttifaqının sanksiyalarına məruz qalmışdı. Bu da onsuz da müttəfiq olan iki ölkənin miqrant siyasətində ortaq maraqlarına səbəb oldu. 

Hazırda Polşa-Belarus sərhədində vəziyyət yenədə gərginləşib. Hətta Belarus hərbçilərinin Polşa sərhədinə tərəf atəş açdığı da bildirilib.

Məsələ ilə bağlı danışan türkiyəli siyasi ekspert Turqut Kərəm Tuncel açıqlamasında bildirib ki, Polşa tərəfi Belarusu Avropada məskunlaşmaq məqsədi daşıyan Yaxın Şərq və Asiyadan olan qeyri-qanuni immiqrantlardan ona qarşı siyasi təzyiq vasitəsi, bir növ silah kimi istifadə etməkdə ittiham edir. O, bu barədə Ednews-a danışarkən deyib. 

Digər bir tərəfdən, Polşanın iddiasına görə, Belarus qeyri-qanuni mühacirlərin öz ərazisindən Polşaya qeyri-qanuni keçidinə razılıq verməklə, hətta həvəsləndirmək və təşkil etməklə Polşaya qarşı bir növ hibrid hücum həyata keçirir.

“Belarusun əsas məqsədi Polşada sosial və iqtisadi problemlərin yaranmasına səbəb olmaq və bu yolla ölkədə sabitliyi pozmaqdır. Polşa bu iddia çərçivəsində sərhəddəki elektron hasarın tikintisi ilə Belarusun ona qarşı həyata keçirdiyi hibrid hücuma qarşı öz təhlükəsizliyini təmin etməyi hədəflədiyini bildirir. Belarus isə Polşanın ittihamlarını rədd edir. Bununla əlaqədar Belarus rəsmiləri bildirirlər ki, prezident Lukaşenko Almaniyanın keçmiş kansleri Merkellə əlaqə saxlayıb və qeyri-qanuni miqrasiya probleminin həlli üçün əməkdaşlıq təklif edib. Lakin eks kansler bu çağırışa cavab verməyib. Belarus rəsmiləri həmçinin qeyd edirlər ki, Belarusda Yaxın Şərq və Asiyadan gələn cəmi 4000-4500 nəfər var. Lakin Aİ tərəfindən açıqlanan qeyri-qanuni mühacirlərin sayı ilə bağlı hesabat həqiqəti əks etdirmir”.

Turqut Tuncel həmçinin qeyd edib ki, Polşa ilə Belarus arasında gərginlik zamanla davam edir. Uzun müddətdir ki, iki ölkə arasında münasibətlər pisdir və ölkələr bir-birini təhlükə kimi görürlər.

“Deyə bilərik ki, Polşa ilə Belarus arasındakı gərginliyin əsas səbəbi iki ölkənin Rusiyaya qarşı fərqli siyasətləridir. Polşa Avropanın anti-Rusiya ölkələrindən biri olduğu halda, Belarus Rusiyanın Avropadakı yeganə müttəfiqidir. Mənşəyi tarixə gedib çıxan Polşa ilə Rusiya arasında rəqabət və düşmənçilik var. Belarus isə xüsusilə 2020-ci ilin mayında Lukaşenkoya qarşı başlayan böyük nümayişlərdən sonra Rusiya tərəfinə çəkilib”.

Siyasi ekspert vurğulayıb ki, Polşa Lukaşenkoya qarşı ictimai hərəkata ciddi dəstək verib. 

“Belarusun Polşanın daxili işlərinə qarışması kimi qəbul etdiyi bu dəstək iki ölkə arasında münasibətlərin korlanmasında mühüm dönüş nöqtəsi oldu. Belarus Ukrayna-Rusiya müharibəsində açıq şəkildə Rusiyanı dəstəkləyir. Digər tərəfdən, Polşa Ukraynanın ən böyük dəstəkçisidir. Son günlər mətbuatda əksini tapan Rusiyanın Belarusa taktiki nüvə raketləri yerləşdirməsi də münasibətlərin pisləşməsinə səbəb olub”.

Belarusun Rusiya ilə müttəfiqlik münasibətlərinə toxunan Turqut Tuncel iki ölkə arasındakı münasibətlərin Polşa-Rusiya əlaqələrinə təsirindən də danışıb.

“Tarix boyu bu iki ölkənin demək olar ki, həmişə bir-biri ilə rəqabət apardığını görürük. Polşa Avropada anti-Rusiya əhval-ruhiyyəsini təbliğ edən, ABŞ-da bu seqmentin dəstəyini alan ölkədir. Bu kontekstdə Polşa ilə bəzi Qərbi Avropa ölkələri arasında Rusiya ilə münasibətlərdə ciddi fikir ayrılıqlarının olduğu, hərçənd bunu kənara göstərməməyə diqqət yetirdiyi anlaşılır.

Bundan əlavə məlumdur ki, Rusiya ABŞ və NATO-nu özü üçün əsas təhlükə olaraq görür. Rusiya bir neçə səbəb görə Polşanı heç vaxt dost ölkə kimi qəbul etməyəcək. Birincisi Polşa ABŞ-ın Avropada anti-Rusiya siyasətini və NATO-nun Şərqə doğru genişlənməsini müdafiə edir. Eyni zamanda o Ukraynanı müharibədə dəstəkləyir və beynəlxalq aləmdə bu ölkənin xeyrinə hərəkət edir. Elə bu səbəbdən də yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin çox gərgin xətt üzrə davam edəcəyini söyləmək olar”.

Arif Rəhimli

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Hamısı