Xəbər verdiyimiz kimi, Fransada hakimiyyətə qarşı ölkə boyu kütləvi etirazlar davam edir. İtaətsizlik, xaos, hərc-mərclik, kütləvi həbslər artıq pik həddə çatıb. Hətta siyasi müşahidəçilər vətəndaş müharibəsi ehtimalından danışmağa başlayıblar.
Makron istefa verə bilərmi? Fransada baş verənlər inqilabın xəbərçisi ola bilərmi?
Bu barədə Ednews-a politoloq Elxan Şahinoğlu bildirdib ki, yüzlərlə insanın həbsi, dükanların yağmalanması Avropa Birliyinin aparıcı dövləti üçün bir qədər xoşagəlməz mənzərədir:
“Öldürülən gənc və onu öldürən polis üçün pul yığılır. Diqqətçəkən məqam budur ki, polis üçün açılan bank hesabına daha çox pul yığılıb. Belə çıxır ki, Fransa cəmiyyəti polisə daha çox dəstək verir. Bu faktın özü belə ölkədə cinayətə haqq qazandırılması, irqi ayrı-seçkiliyə dəstək mənası verir. Hesab edirəm ki, beynəlxalq təşkilatların reaksiyası olmayacaq. Fransa özünün yaratdığı təşkilatlara özünə qarşı qətnamə qəbul etməyə imkan verməz. İstefa adətən sırf parlament respublikalarında baş verir. Hökumət və baş nazir işinin öhdəsindən gəlmədikdə istefa verir”.
Politoloq qeyd etdi ki, Fransa yarı prezident sistemi olan unitar dövlətdir:
“Prezident xalq tərəfindən seçildiyindən istefa nəzərdə tutulmur. Ötən əsrin 60-cı illərində fransızların dünyaya baxışı dəyişdi. Əlcəzairdən imtina edilməməsi gənclər arasında fikir ayrı-seçkiliyinə səbəb olmuşdu. Hərəkat aylarla davam etdi, daha sonra digər Avropa ölkələrinə də yayıldı. Bugünkü aksiyaların motivi sırf cinayətlə bağlıdır. Aksiyalar hüquq pozuntuları ilə müşayət olunur-dükanlar yağmalanır, maşınlar yandırılır. Ən yaxşı halda Fransanın daxili işlər naziri istefa verə bilərdi. İndiki vəziyyətdə Makronun istefasını real hesab etmirəm. O ki qaldı İsveçrədə aksiyaların keçirilməsinə, bunun genişlənəcəyini zənn etmirəm.
Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində deyib ki, Fransada zorakı cinayətlərə yol verilməməlidir, oradan gələn xəbərlər çox üzücüdür. Şolts eyni iğtişaşların Fransada olduğu kimi Almaniyada da təkrarlanacağına dair heç bir əlamət görmür. “Fransa prezidentinin ölkədə qalmaq qərarını indi anlayıram. Mən də eyni şeyi edərdim”, - deyə o qeyd edib.
Oğuz