Xalq yazıçısı Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilib.
Ednews xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.