"Ermənistan tərəfi üçün ya sülh, ya da müharibə gərəklidir. Görünən mövcud vəziyyət bunu deyir ki, müharibəyə hazır olmalıyıq".
Ednews erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistandakı Fransız Universitetinin müəllimi Hovhannes Hovhannisyan açıqlamasında bildirib.
Hovannisyanın fikrincə, nihilist münasibət bizi uzağa apara bilməz:
“Qarabağ və Ermənistan mühasirəyə alınmış qalalar kimidir, resurslar səfərbər edilməlidir. Sülh gündəmi doğru gündəmdir. Əgər sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq. Düzdür, Xankəndi danışıqlarda tərəf olur, ancaq onu tək buraxmaq düzgün deyil”.
Oğuz