Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammitində Azərbaycan, Fransa, Almaniya və Ermənistan liderlərinin iştirakı ilə növbəti danışıqlar baş tuta bilər. Düşünülür ki Avropa Siyasi sammiti regionla bağlı gərginliyin artmasını bir növü yumşalda bilər.
Bu sammit əsasən hansı sferada olacaq? Hansı proseslərə toxunulacaq?
Məsələ ilə Ednews-a danışan politoloq Fərhad Məmmədov görüşün əslində may ayında anonsunun verildiyini bildirib.
“ Hazırkı dönəmdə cərəyan edən proseslər sammitin baş tutmaması ilə nəticələnə bilər.
Çünki son aylar ərzində daha çox Fransanı, daha az isə Almaniyanın anti-Azərbaycan mövqeyi bu bir formatda görüşün baş tutmasına kölgə salır.
Belə halda samitdə qüvvələr balansı pozulur. Əgər görüş baş tutsa yalnız üç tərəfli görüş yəni Brüssel formatında olacaq. Bu formatda olmağı daha məqsədə uyğun hesab edilir - prezident İlham Əliyev, Aİ başçısı Şarl Mişel və Paşinyan”.
Politoloq bildirir ki, Avropa Siyasi samitinin təsir imkanları o qədər də güclü və effektli olmayacaq. Əvvəllərdə dəfələrlə keçilirən Brüssel formatı daha çox siyasi təsirə malikdir. Həmçinin hazırda vəziyyət elə bir həddə çatıbdır ki, oktybarın 5-ə qədər bir çox yerdə müxtəlif dəyişiklərin olması mümkündür.
Xəyal Ramiz