Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edilib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Torontoda fəaliyyət göstərən Azərbaycan Evi yayıb.
Bildirilib ki, gecə saatlarında erməniəsilli şəxs Azərbaycan Evinin qarşısına gələrək, ölkəmizin əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.