Azərbaycan öz ərazilərini azad edir, Ermənistan isə əsarətdən qurtarır.
Ednews xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Facebook səhifəsində Qarabağda baş verənlərə münasibət bildirib.
"Bu gün nə baş verir? Azərbaycan, nəhayət öz ərazilərini geri alır, Ermənistan bir əsrlik rus əsarətindən qurtarır, Ukrayna hərbi-diplomatik cəbhədə uğurlu irəliləyişlər əldə edir, Gürcüstan isə dövlət müstəqilliyini itirir. Hərəkət etmək vaxtıdır!”, - deyə Saakaşvili qeyd edib.