“Azərbaycan seysmogen ərazidə yerləşdiyi üçün həmişə xırda zəlzələlər baş verir. Lakin bizim elə bir regionumuz yoxdur ki, orda dağıntıya səbəb ola bilən zəlzələ baş versin”.
Ednews xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli jurnalistlərə açıqlamasında bildirib.
“Lənkəranda 5.3 bal gücündə zəlzələ baş verdi. Hətta Qarabağda da 3 bal gücündə zəlzələ hiss edilmişdi. Çay daşları ilə tikilmiş evlər istisna olmaqla, başqa heç yerdə dağıntı və çatlar olmayıb. Zəlzələdən sonra 4.4 afterşok hiss edilmişdi”.