"Yəhudilər, xristianlar və müsəlmanlar bizimlə dostluq şəraitində yaşayırlar"
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Kanadanın "CBC News" kanalına müsahibəsində deyib.
Prezident köməkçisi həmçinin müsahibə əsnasında Azərbaycan ünvanına söylənilən, "etnik təmizləmə" kimi əsassız ittihamları qəti şəkildə qınayıb:
“Ölkəmin (Azərbaycanın) tarixində hər hansı digər etnik azlıqlara və ya digər dini inanclara qarşı pis rəftarla bağlı bir dənə də olsun hal olmayıb. Yəhudilər, xaçpərəstlər, pravoslavlar, katoliklər və müsəlmanların dünyəvi cəmiyyətdə, dostluq və ləyaqətlə yaşamasına görə mən ölkəmlə həqiqətən də fəxr edirəm. Bəs niyə eyni modeli Qarabağ ermənilərinə tətbiq etməyək? Niyə bizim yəhudi icması bu qədər inkişaf edir? Ukrayna, rus və ya gürcü icmaları Azərbaycanda niyə bu qədər inkişaf edir? Əgər Qarabağ erməniləri bu ölkənin sadiq vətəndaşları olmaq qərarına gəlsələr və heç bir problem olmayacaqsa, bunu niyə onlara şamil etmək olmaz”.
Əkbər