Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Qarabağdakı separatçı rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın həbsini alqışlayıb.
Ednews xəbər verir ki, o bu barədə Facebook rəsmi hesabı üzərindən bildirib.
“Ətrafımızda xeyir ilə şər arasında qarşıdurma gedir. Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı, eləcə də qondarma qurumla əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib. “Abxaziya Respublikası” və “Cənubi Osetiya”. Bu gün yuxarıda adı çəkilən işğal olunmuş ərazilər öz tərəfdaşlarını itirib, qondarma “Artsax” ləğv edilib”
Əkbər