Türkiyə prezidenti Ərdoğanın səhhətində problem yaranıb və bütün planlaşdırılan görüşlər ləğv edilib.
Ednews xəbər verir ki, bu barədə "Cumhuriyet" nəşri məlumat yayıb.
Ərdoğan İspaniyanın baş naziri Pedro Sançeslə telefon danışığı aparıb və Ərdoğan İspaniyaya dəvət olunub.
Lakin bildirilir ki, Rəcəb Tayyib Ərdoğanın soyuqdəymə keçirməsi ilə əlaqədar AKP qrup toplantısı və İspaniyaya səfəri təxirə salınıb.
Qeyd edək ki, Ərdoğan iki ölkə arasındakı münasibətlərin və regional hadisələrin müzakirə olunacağı səfər üçün sabah Qranada şəhərinə gedəcəkdi.
Əkbər