“ABŞ, Aİ VƏ Rusiya Qarabağdakı son hərbi əməliyyatlardan bir neçə gün öncə İstanbulda gizli görüş keçirib”.
Ednews xəbər bu iddianı “Politico” nəşri paylaşıb.
Məlumatda qeyd olunur ki, Qarabağda antirerror tədbiri başlamazdan 2 gün əvvəl ABŞ və Aİ – nin yüksək səviyyəli rəsmiləri Rusiyadan olan həmkarları ilə bölgədə baş tutacaq qarşıdurmada barədə ictimaiyyətə açıqlanmayan danışıqlar aparıblar.
“Sentyabrın 17-i İstanbulda baş tutan görüşdə Qarabağda Laçın dəhlizi və Xankəndidə “humanitar böhran”ın aradan qaldırılmasına dair Bakıya təzyiq vasitələrinin müzakirəsi aparılıb”.
Nəşr qeyd edir ki, bu görüş G20 sammiti çərçivəsində baş verib və Ukrayna işğalının başlamasından sonra Qərbin Rusiyaya qurduğu nadir təmaslardan olub.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı yayılan xəbərləri təsdiqləyib. Lakin o, qeyd edib ki, bu görüş barədə yayılan təfərrüatlar həqiqətə uyğun deyil.
Əkbər