“İndi öz geosiyasi ambisiyalarından narahat olan Brüssel Vaşinqtonla birgə öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana yükləyir, Cənubi Qafqaza qeyri-sabitlik gətirir”.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın, etimadın nizamlanmasının vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti də buna töhfə verməyə hazırdır”, - Rusiya xarici işlər naziri əlavə edib.
Oğuz