“X”ın baş direktoru İlon Mask Avropada Vətəndaş müharibəsinin olacağınə düşünür.
Ednews ”Sputnik”a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında qeyd edib.
Milyarder hesab edir ki, əgər Avropa Birliyinin müasir siyasətləri və mövcud immiqrasiya meylləri belə davam edərsə, Avropada vətəndaş müharibəsinin qaçılmaz olacaq.
O, Aİ-nin hazırkı siyasətini tənqid edərək, bəzi siyasətçiləri şeytan adlandırıb.
Qeyd edək ki, Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman son çıxışında “qanunsuz immiqrasiyanı” Qərb üçün əsas təhlükə kimi səciyyələndirərək, “Avropada multikulturalizm anlayışı uğursuzluğa düçar olduğun və immiqrantların yan-yana yaşamasına baxmayaraq, “paralel həyat” yaşaya bilməmələrini tənqid edib.
Xəyal Ramiz