Rusiya Avdiivka şəhərinin ətrafında son ayların ən böyük hücumunu həyata keçirib.
Yerli rəsmilərin dediyinə görə, şəhər fasiləsiz bombardman edilsə də, Ukrayna ordusu cəhbə xəttini qorumağa müvəffəq olub.
Ednews The Guardian-a istinadən bildirir ki, rəsmi Kiyev Rusiyanın ciddi sayda hərbi təchizat və canlı qüvvəni Avdiivka şəhərinə cəlb etdiyini deyib.
Şəhər güclü raket atəşlərinə məruz qalsa da, Ukrayna tərəfi döyüşlərdə vəziyyətin “kontrolda” olduğunu bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski, rus qüvvələrinin şəhərin idarəsini ələ keçirməsinin və ordunun daha da irəliləməsinin qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü açıqlayıb.
Fərid Axundov