Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, bu barədə o “X” platformasında paylaşım edib.
“Müstəqilliyin bərpası günün mübarək, Azərbaycan! Bu əlamətdar gündə biz Azərbaycan xalqının möhkəmliyini və əldə etdiyi nailiyyətləri alqışlayırıq. Gəlin daha parlaq və dinc gələcək üçün Britaniya-Azərbaycan tərəfdaşlığını daha da gücləndirək”, - paylaşımda vurğulanıb.