“Fələstində heç bir zaman Ermənistanı dəstəkləməyib. Fələstində heç bir siyasətçi belə yoxdur ki, biz Azərbaycana qarşı Ermənistanı dəstəkləyirik desin”.
Ednews xəbər verir ki, bu sözləri Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim, Orxan Amaşova müsahibəsində söyləyib:
“Fələstinin mövqeyi Azərbaycanın müstəqilliyini bərpa etməsindən və qarşılıqlı tanınmasından başlayaraq həmişə ardıcıl olub. Fələstin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan ərazisi ilə bağlı Fələstinin mövqeyində heç vaxt dəyişiklik və ya şübhə olmayıb. Fələstin BMT-nin Qarabağ məsələsi ilə bağlı dörd qətnaməsini dəstəkləyib. Bizim Ermənistanda səfirliyimiz belə yoxdur. İndi bunu izah edin: Ermənistanda yox, burada səfirliyim varsa, mən Ermənistana necə dəstək ola bilərəm? Niyə Ermənistan və Fələstin arasında Fələstin və Azərbaycan arasında mövcud olan diplomatik qarşılıqlı əlaqə yoxdur? Bunlar sadəcə olaraq İsrailə dəstək verənlərin azərbaycanlıların gözündə fələstinliləri ləkələmək üçün uydurduğu saxta ittihamlardır”.
Fələstinli səfir eyni zamanda Fələstinin Heydər Əliyevin Azərbaycan SSR – birinci katibi olduğu dövrdə də sıx münasibətlərə sahib olduqlarına toxunub.
“İsrailin Petros şəhərində qondarma erməni soyqırımına həsr olunmuş abidə ucaldılıb. Fələstində heç bir siyasətçi belə yoxdur ki, biz Azərbaycana qarşı Ermənistanı dəstəkləyirik desin. Fələstinin keçmiş lideri Yasir Ərəfat və Heydər Əliyev bir-birini tanıyırdılar və yaxşı dost idilər. Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri olanda da münasibətləri yaxşı idi. Fələstin hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Azərbaycan ərazisi ilə bağlı Fələstinin mövqeyində heç vaxt dəyişiklik və ya şübhə olmayıb. Fələstin BMT-nin Qarabağ məsələsi ilə bağlı dörd qətnaməsini dəstəkləyib. Onlar 90-cı illərin əvvəllərində, Mahmud Abbas Bakıda olarkən qəbul edilib. 2011-ci ildə prezident İlham Əliyevin yanında olub. O, bu dörd qətnamənin icrasına çağırıb və hətta onların adını rəqəmlərlə çəkib. Onların nömrələrini özüm unutmuşam”.
Əkbər Novruz