Sadiq Qurbanov: ”Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırıb”

Siyasət 11:56 05.11.2023

Noyabrın 4-də parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına əsasən, Milli Məclisdə parlamentin komitə və komissiya rəhbərlərinin, deputatların, ekologiya və təbii sərvətlər nazirinin, kənd təsərrüfatı nazirinin, ANAMA sədrinin, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitənin rəhbərinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxıl olan Laçın rayonda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinin, Prezident Administrasiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı ən böyük çətinlik minalanmış ərazilərin təmizlənməsidir. 

“Hörmətli tədbir iştirakçıları!

Sizi Möhtəşəm Zəfərimizin 3-cü ildönümü ərəfəsində “Mina təhlükəsi ilə mübarizə – partlayıci sursatların ekosistemə təsiri” mövzusunda keçirdiyimiz ictimai dinləmədə dəvətimizi qəbul edib iştirak etdiyiniz üçün təşəkkür edirəm.

Təkcə Qafqazı deyil  bütün dünyanı narahat edən mina təhlükəsi ilə bağlı bu gün dinləmənin keçirilməsinə dəstək olduğu üçün spiker xanım Sahibə  Qafarovaya öz dərin təşəkkürümü bildirirəm! Və Sizi spiker Sahibə  Xanım Qafarovanın adından salamlayıram.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu günkü tədbirdə Milli Məclisin Komitə və Komissiya rəhbərləri, deputatlar, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Kənd Təsərüfatı Naziri Məcnun Məmmədov, ANAMA-nın  sədri Vüqar Suleymanov, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitənin rəhbəri Rövşən Rzayev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxıl olan Laçın rayonda AR Prezidentinin Xüsusi Nümayəndəsi Məsim Məmmədov, Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərin rəhbərləri,  PA-nın və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləri, eyni zamanda mətbuat və qeyri-hökumər təşkilatlarının nümayəndələri iştirak edir.

Hər kəsi bir daha salamlayıram.

Qeyd etdiyimiz kimi bugünkü dinləmənin mövzusu həm Azərbaycan üçün, həmdə  bütün bəşəriyyət üçün xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. Dünyada 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla çirklənmiş olaraq qalır. Onlardan biri də  Azərbaycandır ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində bu siyahıda dünyanın ən çox çirklənmiş ölkələr sırasında yer almışdır.

Düşünürəm ki, bugünkü dinləmə də mina problemi ilə bağlı qlobal gündəlikdə dayanan çağırışlar və imkanların müzakirəsi üçün əlverişli fürsət olacaq, eyni zamanda bu tədbir çərçivəsində aparılacaq müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına şərait yaradacaqdır. Bildiyimiz kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyaraq tarixi Zəfər qazanmışdır. Ermənistanın dövlətinin otuzillik təcavüzü və işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovulmuş, etnik təmizləməyə məruz qalmış, kəndlərimiz, şəhərlərimiz yerlə-yeksan edilmiş, xalqımızın tarixi-mədəni, dini irsi məqsədyönlü şəkildə məhv edilmişdir. Hələ bu az imiş kimi, Ermənistan Qarabağ ərazisində minalar basdırıb.  

Öz ölkəndə, öz yurdunda  terror qurbanı olmaq dəhşətli hadisədir. Biri var bu hadisələr müharibə şəraitində, döyüş əməliyyatı zamanı baş versin, bir də var ki, dinc şəraitdə. Dinc şəraitdə bunun baş verməsi insanların daim təhlükə ilə üz-üzə qalması deməkdir. Ona görə də erməni terrorçularının torpağa basdırdığı minaların xəritələri beynəlxalq hüququn tələbləri ilə əldə edilməli və terrorçular bu vəhşi əməllərinə görə qanun qarşısında cavab verməlidirlər. Çünki zərərsizləşdirilməyən hər mina potensial təhlükə,  yarımçiq qalmış arzu, yarıda qırılan uşaq ömürü deməkdir, kiminsə yarımcan olması, şikəst olması deməkdir.

İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırmışdır. Azərbaycanın 8 235 kv.km dən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirklənmişdir.
Ümumilikdə 1991-ci ildən 2023-cü ilin 31 oktyabr tarixinədək  3413 nəfər xəsarət alıb. Onlardan 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.

2020-ci ilin noyabr ayından 2023-cü ilin 31 oktyabr tarixinədək  - 334 nəfər xəsarət alıb. Onlardan 65 nəfəri həlak olub, 269 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təəssüf ki, dünən  saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlayıb və xəsarət alan var.
Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurmuşdur və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnmişdir. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir. Təəssüf ki, beynəlxalq birlik bu məsələdə Azərbaycana lazımi dəstəyi vermir, həmrəylik nümayiş etdirmir. Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Qeyd edək ki, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub.

Azərbaycanın üzləşdiyi bu amansız mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. Rəsmi İrəvanın mina xəritələrini Azərbaycan tərəfinə verməməsi  demokratik prinsiplərə, beynəlxalq hüquqa hörmətsizlik etdiyinin göstəricisidir. Belə amansız münasibət Ermənistanın indiki siyasi-hərbi rəhbərliyi ilə  Xocalı soyqırımını törədən keçmiş prezidentlər - Robert Koçaryan və Serj Sarqsyan  arasında heç bir fərq yaratmır.
 
BMT Baş katibi Antonio Quterreş 4 aprel - Beynəlxalq Mina Təhlükəsizliyi Günü ilə bağlı tviter müraciətində qeyd edir ki: “Biz mina təhlükəsini aradan qaldırmaq üçün hərəkətə keçməliyik”..Onun sözlərinə görə, insanların təhlükəsiz şəraitdə geri qayıtmalarına və həyatlarını yenidən qurmalarına şərait yaradılmalıdır. 
Bilirsiniz, Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə dərhal genişmiqyaslı quruculuq işlərinə start verilmişdir. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.

Azərbaycan sülh istəyir. Bu gün ortada 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinin diktə etdiyi reallıqlar var.  Təəssüf ki, Azərbaycan dövlətinin Ermənistana ünvanladığı sülh çağırışları hələ də lazımınca qiymətləndirilmir, müharibə və minaların yaratdığı fəsadların aradan qaldırılmasında mövcud olan beynəlxalq təsir mexanizmlərindən istifadə olunmur, ərazilərimizi minalarla çirkləndirən Ermənistana qarşı hüquqi müstəvidə çəkindirici cəza tədbirləri görülmür, partlamamış minalar isə təhlükə mənbəyi olaraq qalır. Ermənistan bu gün havadarlarının ona göstərdikləri qayğıdan nə qədər ruhlansa da, bu reallıqların rəmzi olan Azərbaycanın “Dəmir yumruq” əməliyyatını unutmamalıdır. Hesab edirəm ki, Ermənistanın 44 günlük müharibənin qalibi olan Azərbaycanın təklif etdiyi sülh variantına biganə yanaşması da dünyanın diqqətində olmalıdır. Bölgədə sülh, əmin-amanlıq, təhlükəsizlik istəyən, iqtisadi əlaqələrin genişlənməsində maraqlı olan bütün dövlətlər Ermənistanın sərhəd tanımayan müharibə cinayətlərinə sərt mövqe nümayiş etdirməlidirlər.

Təəssüflə qeyd etməliyik ki, bəzən bunun əksinin şahidi oluruq. Ona görə də dünya ikili standartlar fonunda münaqişə bölgələrində vasitəçilik missiyalarını təklif edən aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara etimadsızlıq mühiti dərinləşir, münaqişəli məsələlərin həllində səbrin tükənməsi sülh variantının müharibə yolu ilə əvəzlənməsinə səbəb olur ki, bu da sonu görünməyən insan faciələrinə gətirib çıxarır.

Azərbaycan özünün minatəmizləmə probleminin həlli ilə yanaşı, qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir. Məsələn, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə çıxış edib və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatında  Həmfikirlər Qrupunun yaradılması istiqamətində  iş gedir. Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə mövcuddur. Mina təhlükəsi ilə mübarizə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşır. Belə ki, minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini ləngitməklə həmin ərazilərin ölkənin dəyər zəncirinə inteqrasiyasını çətinləşdirir, minalardan zərər çəkmiş insanların sosial müdafiəsi ilə bağlı proqramlar dövlət büdcəsi xərclərini artırır, habelə mina partlayışları nəticəsində insan itkiləri dayanıqlı sülhün, turizmin təmin olunmasına maneə yaradır, regionda inkişafı və əlaqələrin bərpasını zəiflədir. Təklif olunan 18-ci DİM-nin 5 hədəf və 15 göstəricisi ilə dünya birliyi tərəfindən qəbul olunarsa, bu dünyada bütün minadan çirkləndirilmiş ərazilərin bərpası üçün öz töhfəsini verə bilər”.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı