Azərbaycan Xarici İşlər Nazirliyi Argentina ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, paylaşım XİN-in rəsmi “X” hesabında qeyd edilib.
“Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Argentina xalqını və hökumətini ürəkdən təbrik edirik! Biz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə ümid edirik!”, - deyə paylaşımda qeyd edilib.