Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən Türkiyə silahlı qüvvələrinin Azərbaycandakı missiyasının bir il müddətinə uzadılmasını istəyib.
Ednews xəbər verir ki, bu barədə Ərdoğanın ofisindən məlumat verilib.
Bildirilib ki, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi çərçivəsində respublikanın hərbçilərinin göndərilməsi mandatı qanunvericilər tərəfindən təsdiq olunarsa, bu il noyabrın 17-dən bir il müddətinə uzadılacaq.