Erməni mediası uzun müddətdir ki, Hindistanın Ermənistanda hərbi baza açıa biləcəyinin ehtimalını müzakirə edir. Hindistanın bölgəyə girmək ehtimalı varmı? Hindistanın bölgədə nə kimi maraqları olar bilər?
Bu barədə Ednews-a politoloq Natiq Miri bildirdi ki, bunlar daha çox informasiya xarakteri daşıyır. Ermənistan rəhbərliyi sınıq-salxaq hər hansı inkişaf etməmiş silahı alanda böyük hay-küy qopardır, stəkanda elə fırtına əsdirir ki, sanki Ermənistana ciddi şəkildə hərbi cəhətdən gücləndiricək silahlar verilir:
"Yəni bir növ ictimaiyyəti sakitləşdirmək həm də Azərbaycana göstərmək istəyirlər ki, guya Ermənistanı müdafiə edən tərəflər sürətlə artır. İnanmıram ki, Hindistan Ermənistanda hərbi baza açsın. Əvvəla belə bir qanunvericilik yoxdur. Çünki Ermənistanın KTMT üzvü olma məsələsi hələlik ləğv olunmayıb. Ermənistan bunun üçün rəsmi müraciət etməyib. Rusiyanın Ermənistanla 49 illik hərbi müqaviləsi mövcuddur. Bu müqavilə də birtərəfli qaydada ləğv olunmayıb. Ona görə də düşünürəm ki, bu, daha çox hay-küyə hesablanmış informasiyadır. Ciddi deyil".
N.Miri qeyd etdi ki, Hindistanın bölgədə maraqları Cənubi Qafqazla bağlıdır:
"Çünki Cənubi Qafqaz Asiyanı Avropaya birləşdirəcək, orta körpü rolunu oynayır. Cənubi Qafqaz bu gün qlobal səviyyədə çox əhəmiyyətli coğrafiyadır. Cənubi Qafqazda Hindistanın düşmən olduğu Çinin, o cümlədən Qərb dünyasının da maraqları var. Rusiya bu bölgəni özünün əhatə dairəsi sayır. Artıq Cənubi Qafqaz uğrunda ciddi mübarizəni görürük. Bu xüsusda Zəngəzur dəhlizi uğrunda gedən səhnə arxasında ki, mübarizəni düşünürük. Hindistan üçün əhəmiyyətlidir ki, İran, Ermənistan, Qara dəniz və Avropaya çox rahatlıqla çıxışı təmin edə bilərlər".
Oğuz