NATO-nun yeni üzvü olan Finlandiya ABŞ-la qarşılıqlı müdafiə konvensiyası imzalayıb.
Ednews euronews-a istinadən xəbər verir ki, bu müqavilə ABŞ-a öz bazalarını Finlandiyaya yerləşdirmək imkanı verir.
Finlandiya Xarici İşlər Naziri Elina Valtonen bildirib ki, bu qərar ölkənin müdafiəsi üçün olduqca vacibdir.
Ukrayna müharibəsinin yaratdığı təhlükəli vəziyyətdən sonra NATO-ya üzv olan Finlandiya Rusiya ilə 1340km sərhədə malikdir.
Bununla da, NATO-nun Rusiya ilə birbaşa sərhədləri xeyli sayda böyüyüb.
Fərid