Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa prezidentliyə namizədliyini açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasından məlumat verilib.
Bildirilib ki, bu gün partiyanın Ali Məclisinin iclası keçirilib və Fazil Mustafanın namizədliyi irəli sürülüb.
Xatırladaq ki, daha əvvəl Prezident İlham Əliyevin, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, deputat Zahid Orucun prezident seçkilərində namizədliyi irəli sürülüb.
Qeyd edək ki, növbədənkənar prezident seçkiləri fevralın 7-də baş tutacaq.