Bildiyimiz kimi artıq illərdir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışılır, lakin bu il irəliləyiş olsa da hanısa razılıq əldə edilə bilməyib. İrəvan rəhbərliyi öz sülh prinsiplərinə əməl edilməsini, Bakı isə əksinə qalib dövlət olaraq onun şərtlərinə əməl edilməsini tələb edib. Xatırladaq ki, bundan öncə Prezident köməkçisi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, iki ölkə arasındakı sülh müqaviləsinin demarkasiya və delimitasiya prosesləri olmadan imzalanması təklifini irəli sürüb.
Bəs Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyası və demarkasiyası olmadan sülh müqaviləsi ola bilərmi?
Gürcü siyasi analitik Zaal Ancaparidze hesab edir ki, bu məsələ olduqca həsassdır və diqqətlə yanaşılmalıdır. O, bu barədə Ednews - a söyləyib.
“Bu məsələ necə deyərlər hər iki ölkəni çətin dilemmaya məruz edib. Azərbaycan - Ermənistan arasındakı diplomatik əlaqələri nəzərə alarsaq, delimitasiya və demarkasiya məsələlərinin həll olunması uzun və olduqca ağır prosesdir. Nəticə etibarilə bir sülh müqaviləsinin imzalanması iki ölkə arasında münaqişənin eskalasiyası ehtimalının qarşısını alır. Digər tərəfdən delimitasiya və demarkasiya proseslərinin həll olunmadığı bir şərait, hər zaman potensial təhlükə deməkdir. Ortaq qərara gəlinmədiyi təqdirdə münaqişə situasiyası yarana bilər. Nəzərə almaq lazımdır ki, xarici ölkələr bu məsələdə müəyyən maraqlara sahibdirlər. Ona görə də düşünmürəm ki, demarkasiya və delimitasiya prosesləri həll olunmadan sülh müqaviləsi imzalana bilər”.
Daha ətraflı – video sujetdə:
Əkbər