“Mediamızın artıq seçki məsələlərində böyük təcrübəsi var”.
Ednews xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, artıq yeni dövr başlayıb.
“Milli ideologiyaların yeni prinsipləri hazırlanmalıdır. Mətbuatımızın çiyninə də böyük yük düşür. Azərbaycan Prezidenti İlham Əliyev ötən gün jurnalistlərin əməyinə yüksək qiymət verdi. Buna görə təşəkkür edirik. Media əvvəlki illərdə olduğu kimi, xalqımızın tarixində əhəmiyyətli rol oynayacaq. MSK ilə Mətbuat Şurası arasında uzun illər əməkdaşlıq olub”, - deyə R.Məcid bildirib.