Bu ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, Azərbaycan Qiymatlandiricilər Birliyi olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasında iştirak etmişik.
"Ötən il Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üçün əhəmiyyətli illərdən olub. Uzun illərdir ki, ölkədə qiymətləndirmə sektorunu AQC tənzimləyib. Forumun məqsədi maliyyə hesabtlılığını, şəffaflığı yeni dövrün çağırışları sırasında bir daha vurğulamaqdır. Biz ötən ilin sonunda Auditorlar Palatası ilə müqavilə imzalamışıq. Bu çox gözəl ənənədir. Digər qurumları da bu istiqamətdə cəlb etməliyik", - Vüqar Oruc qeyd edib.