Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir

Region 11:46 25.06.2025

“Ermənistanın baş naziri vətəndaşların şəxsi həyatına qarışmaqla “əxlaq polisi”nin rəhbəri kimi davrana bilməz”. Bu fikri “İşıqlı Ermənistan” partiyasının lideri, keçmiş xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan bildirib.

O, kilsə ilə hakimiyyət arasında davam edən qarşıdurmanın ölkəyə yaxşı heç nə vəd etmədiyini bildirib: "Erməni Apostol Kilsəsi Ermənistanın bütün dünyaya səpələnmiş ən böyük lobbi strukturudur. Bakı və Ankara onu zəiflətməkdə və nüfuzdan salmaqda maraqlıdırlar. Allahşükür Paşazadənin başlatdığı kampaniyanı baş nazir Nikol Paşinyan davam etdirir, kilsələri gözdən salır. Amma baş nazir Ermənistanda belə bir konstitusiya polisinin rəhbəri ola bilməz".

"O, “əxlaq polisi”nin rəhbəri deyil və bu və ya digər vətəndaşın şəxsi həyatına müdaxilə etmək hüququna malik deyil”. Marukyan qeyd edib ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri kilsə məsələləri ilə məşğul olmaq hüququnu yalnız özünü Erməni Apostol Kilsəsinin davamçısı hesab etdiyi üçün özündə saxlayır: “Lakin o, “Yehovaşahidləri” və ya Mormon olsaydı, bu, Paşinyana həmin dini cərəyanların işlərinə qarışmaq hüququ verməzdi. Belə olan halda hüquq müdafiəçiləri Paşinyanı qınayardılar. Amma Erməni Apostol Kilsəsindən söz düşəndə ​​onun işlərinə müdaxiləni pisləyən bir səs də eşidilmir. Mən bu məsələni daha qlobal hesab edirəm, çünki görürəm ki, Qarabağdan danışan, kilsələrimizi ələ keçirməkdən, xristian irsini məhv etməkdən danışan Erməni Apostol Kilsəsinə qarşı kampaniya aparılır”. Marukyan onu da əlavə edib ki, kilsə prosedurları ilə seçilən katolikos onu özəl şəxs kimi yox, məhz patriarx kimi maraqlandırır. Xatırladaq ki, mayın 29-da hökumətin iclasında baş nazir Nikol Paşinyan bir sıra kilsələrin vəziyyətini tənqid edərək onları “zibillə dolu şkaflar” adlandırıb. Ertəsi gün o, arxiyepiskoplardan birini əxlaqsızlıqda ittiham edərək, Erməni Apostol Kilsəsinə və ruhanilərə ünvanlanan sərt yazı dərc edib. Daha sonra onun həyat yoldaşı Anna Akopyan da katolikos və dindarlar haqqında təhqiramiz ifadələr işlədib, II Qaregini “əsas mafioz”, onun tərəfdarlarını isə “ölkənin əsas pedofilləri” adlandırıb.

İyunun 9- da baş nazir daha da irəli gedərək, bütün ermənilərin katolikosunu subaylıq andını pozmaqda açıq şəkildə ittiham edərək, övladının olduğunu bildirib. Paşinyan sübut təqdim etməklə hədələyib və ruhani lideri istefaya, dindarları isə “patriarxal iqamətgahı boşaltmağa” çağırıb. Elə indi də Paşinyan biu istiqamətdə fəaliyyətini davam etdirir. Paşinyan sosial şəbəkədəki yeni paylaşımında Erməni Apostol Kilsəsinin dindarlarını bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməyə çağırıb və ona bir daha əsl adı olan Ktriç Nersesyan deyə müraciət edib. Paşinyan oxşar çağırışıkilsənin dəyərlərinə sadiq qalan bütün ruhanilərə ünvanlayıb: “Müqəddəs Eçmiədzin milli mənəviyyatımızın episentridir. Ona Allah qarşısında andını pozmuş və hətta dünyəvi həyat standartları ilə belə qəbuledilməz olan əxlaqi xarakterə malik insanlar rəhbərlik etdikdə, bizim mənəviyyatımız sual altına düşür”.Paşinyan əlavə edib ki, o, kilsənin davamçısıdır, hər gün dua edir və vaxtaşırı oruc tutur. Eyni zamanda, hökumət başçısı təkid edir ki, kilsə nizamnaməsinə uyğun olaraq, onun fikrincə, Eçmiədzində üstünlük təşkil etməli olan mənəvi “imperativ”in alternativi yoxdur. Erməni ekspert Qriqor Atanesyan bildirib ki, proses Ermənistanda növbəti parlament seçkiləri ilə də birbaşa bağlıdır: “Bu seçkilər 2026-cı ilin iyununda keçiriləcək, lakin müxalifət partiyaları hakimiyyət üçün xüsusi təhlükə yaratmır. Onlar daim bir-biri ilə konfliktdədirlər, geniş dəstəyə malik deyillər və ölkənin əvvəlki liderləri ilə əlaqələrinə görə nüfuzdan düşürlər. Bu şəraitdə Erməni Apostol Kilsəsi hökuməti mühafizəkar mövqedən tənqid edərək, müxalifətin səsinə çevrilir. Çoxları hakim partiyanın kilsə rəhbərliyinə qarşı başlatdığı kampaniyanı Erməni Apostol Kilsəsinin siyasi fəaliyyəti ilə əlaqələndirir. Kilsə dövlətdən ayrı olsa da, baş nazir bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edir. Paşinyan 2018-ci ildə kütləvi etiraz dalğası ilə hakimiyyətə gəldi və ölkədəki oliqarxları “aradan qaldıracağını” və monopoliyaya son qoyacağını vəd etdi. Amma, əslində, yeni hökuməti dəstəkləyən iri biznesmenlər öz bizneslərini saxlaya bildilər – hətta bəziləri yeni hakim partiyadan deputat seçildilər. Müxalifətə himayədarlıq edən erməni “Rokfeller”ləri axtarışlar və cinayət işi ilə üzləşiblər. Rusiyadan olan iş adamı samvel Karapetyan siyasətdən kənarda qaldı və monopoliyaya – “Ermənistan elektrik şəbəkələri”nə nəzarəti saxlaya bildi. Lakin bütün bu illər ərzində o, Erməni Apostol Kilsəsinin ən böyük xeyriyyəçisi olub, dünyəvi və kilsə hakimiyyətləri arasında münaqişədən kənarda qala bilməyib”. Bütün bu proseslər göstərir ki, Ermənistanda kilsə ilə dövlət arasında qarşıdurma ən azından gələn ilin parlament sçkilərinə qədər davam edəcək.

Müəllif: Nahid Salayev

Mənbə: Bakı-Xəbər

Paris Şuşada təslim oldu

Xəbər xətti

Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Messidən daha bir unikal nəticə -33-cü dəfə...
10:15 25.06.2025
İran məhsulları bahalaşacaq?
10:07 25.06.2025
"İranın nüvə obyektləri məhv edilməyib"
09:27 25.06.2025
Beş ölkə Rusiya ilə sərhəddi minalayacaq
09:16 25.06.2025
İsmayıl Qaaninin ölüm xəbəri təkzib edildi
09:01 25.06.2025
"Azərbaycanı vura bilərik" -Fars ekspertdən sərsəm iddia
08:55 25.06.2025
Azərbaycan Məktəblərində Çin dilinin tədris oluna bilər
08:40 25.06.2025
"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
Hamısı