"Bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda növbəti bir nailiyyəti olacaq" - Deputat Sevinc Fətəliyeva

Siyasət 13:25 15.01.2024

“Azərbaycanda azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün bütün şərait mövcuddur. Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu, seçkilərin normal keçirilməsi üçün vacib şərtlərdən biridir. Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Seçki Məcəlləsi, bu sahəni əhatə edən qanun və qərarların mövcudluğu ölkəmizdə beynəlxalq standartlara uyğun seçki qanunvericiliyinin olduğunu təsdiq edir, zərurət yarandıqca seçki qanunvericiliyi təkmilləşdirilir ki, bu da seçkilərin ölkəmizdə daha şəffaf keçirilməsinə xidmət edir”.

Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Azərbaycan dövlətinin 7 fevral seçkilərinin də azad və şəffaf keçirilməsi üçün güclü siyasi iradəsi mövcuddur.

"Bu seçkilərdə ölkə vətəndaşları, seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gəlib istədikləri namizədə səs verəcəklər. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın demokratik inkişaf yolunda növbəti bir nailiyyəti olacaq. Mərkəzi Seçki Komissiyası, aşağı seçki komissiyaları prezident seçkiləri ilə əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Həmçinin seçki proseslərinin uğurlu təşkili və həyata keçirilməsi üçün maddi-texniki təminat məsələləri yüksək səviyyədə həllini tapıb. Eyni zamanda, seçkilərə beynəlxalq səviyyədə də maraq böyükdür. Çoxsaylı beynəlxalq müşahidəçilərin prosesi izləmək üçün müraciət etməsi də bunu təsdiqləyir.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə seçki əhval ruhiyyəsi yüksəkdir. 7 nəfərin seçki marafonuna qoşulması fəal kampaniyanın aparılmasından xəbər verir. Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Partiyamızın namizədi cənab İlham Əliyevdir. Şübhə yoxdur ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində xalqımız növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərəcək. Hesab edirəm ki, cənab İlham Əliyevin alternativi yoxdur və qarşıdan gələn seçkilərdə parlaq qələbə qazanacaq. Və növbəti 7 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha möhtəşəm nailiyyətlər əldə edəcək".

Deputat vurğulayıb ki, suverenliyimizin tam bərpasından sonra Azərabycanda və regionda yeni reallıqlar yaranıb:

"Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Xalq hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Xüsusilə qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ona görə də, bu seçkilər Zəfər seçkisi kimi xarakterizə olunur. Bütün bunların fonunda fevralın 7-də keçiriləcək prezident seçkiləri cənab İlham Əliyevin özünəinamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Çünki Prezident İlham Əliyev bu günə qədər verdiyi hər bir vədi uğurla həyata keçirib. Tarixi Zəfərdən sonra Azərbaycanın nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Eyni zamanda, qarşıda yenə də müəyyən hədəflərimiz var ki, Prezident İlham Əliyevin liderliyi ilə buna nail olacağımız şübhəsizdir. Ona görə də, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin qələbəsi milli maraqlarımızın gələcəkdə də uğurla təmin olunması baxımından başlıca şərtdir”.

Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı