Gürcüstan hakimiyyəti Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının nümayəndə heyətinin səfəri ölkələr arasında strateji tərəfdaşlıq sazişinin lazımi səviyyədə həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Ednews xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze deyib.
Qeyd edilib ki, yanvarın 15-20-i tarixlərində baş tutacaq səfər çərçivəsində Pekin və Şanxayda yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, Gürcüstan nümayəndə heyəti artıq Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinin sədri Lyu Tszin Çao və onun müavini Sun Hayan, eləcə də Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzinin rəhbərliyi ilə görüşüblər.
İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan və Çin arasında münasibətlərin güclənməsinin mümkün olduğu bir çox sahələr var.