Qazağın 7 kəndi hərbi yolla həll olacaq yoxsa danışıqlarla? - Natiq Miri ŞƏRH EDİR

Siyasət 14:30 24.01.2024

Qazağın işğal altında olan 7 kəndinin aqibəti məsələsi hələ də gündəmdə qalmaqdadır. Hazırda sülh sənədində də mübahisəli mövzulardan hesab edilən bu məqamın necə həll ediləcəyi vaxtaşırı müzakirə edilir. Maraqlıdır, Qazağın 7 kəndi ilə bağlı Bakının strateji addımları necə olacaq? Hərbi əməliyyat variantı hələ də aktualdır, yoxsa diplomatik kanallarla problem həll oluna bilər? 

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, beynəlxalq səviyyədə Azərbaycana qarşı baş verən siyasi hücum əməliyyatlarının arxasında dayanan məhz bu məsələlərdir:

“Bu cür təzyiqlərlə müxtəlif avropa strukturlarında anti-Azərbaycan qərarları, ABŞ-da sanksiya tələbələri kimi, eyni zamanda Fransa senatının qəbul etdiyi sanksiya tələbələri bütün bunların hamısı çəkindirici məqam xarakteri daşıyır ki, Azərbaycan Ermənistanın təklif etdiyi ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin müəyyənləşməsini konkret xəritələr əsasında həllini tapsın. Ancaq düşünürəm ki, Azərbaycan öz halal torpaqlarından vazkeçəcək deyil. İndiki vəziyyətdə Azərbaycanın hərbi əməliyyatlar keçirməsi planlaşdırılmır. Çünki bu daha böyük bir qarışıdurma vəd edir. Hər bir halda bu məsələ danışıq predmetidir. Ermənistan əgər 70 və 91-ci il xəritələrini əsas gətirirsə Azərbaycanın da qarşı iddiaları mövcuddur. Ermənistan bu xəritələri dilə gətirməklə dolayısı ilə Sovet xəritələrinə etimad etdiyini göstərir”.

N.Miri söhbət əsnasında qeyd etdi ki, bu məsələ hüquq çərçivəsində, məntiqlə davam etməlidir:

“Yalnız bundan sonra müəyyən anlaşmaları ortaya çıxarmaq mümkündür. Belə olduğu təqdirdə Ermənistan da prinsipial mövqeyindən geri çəkiləcək. Ancaq Ermənistan hələlik havadar dövlətlərin təzyiqləri fonunda istədiklərinə nail olmaq istəyir. Bu da onlara heç bir perespektiv vəd etmir. Ona görə yeganə yol danışıqlardır. Qazağın 7 kəndi məsələsində ən mühüm kənd Yuxarı Əksiparadır. Bu kəndi bir neçə saatlıq əməliyyat çərçivəsində Azərbaycana qaytarıla bilər. Bu elə böyük bir zəhmət tələb etməyən hərbi əməliyyat olacaq. Yuxarı Əskiparanı qaytararıqsa artıq bu planın demək olar üstündən xətt çəkiləcək. Çünki bu kənd Azərbaycan ordusunun nəzarətində olduqda Ermənistanın Gürcüstana çıxışı bağlanacaq”.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Aşura günü 2 mindən çox şəxs qan verib
07:47 06.07.2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün imtahan keçiriləcək
07:13 06.07.2025
Mark Zukerberq Ağ Evdən qovulub
06:38 06.07.2025
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
06:05 06.07.2025
İsrail HƏMAS-ın şərtlərini qəbuledilməz sayır
05:33 06.07.2025
"Tramp ABŞ-nin təhlükəsizliyini təhdid edir"
05:00 06.07.2025
Çin Putini müharibəni dayandırmağa razı sala bilərmi?
04:27 06.07.2025
Livan İsraillə sərhəddəki qoşunlarını artırır
03:54 06.07.2025
İsrailin Müdafiə Ordusu Yəməndən atılan raketi zərərsizləşdirib
03:22 06.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 50-yə çatıb
02:50 06.07.2025
İlon Mask siyasi partiya yaradır
02:18 06.07.2025
Makron hökuməti defoltla üzləşə bilər
01:46 06.07.2025
Qızıl bahalaşır?
01:13 06.07.2025
İndoneziyada zəlzələ baş verib
00:43 06.07.2025
Kürdəmirdə qatar 44 yaşlı kişini vurub
00:12 06.07.2025
Rusiya Gümrüdəki Hərbi Bazasını Gücləndirir
00:08 06.07.2025
Alimlər süni insan hüceyrələri yaradırlar
23:48 05.07.2025
BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib
23:12 05.07.2025
İranın sənaye sektoru İsraillə münaqişədə ciddi zərər çəkib
22:38 05.07.2025
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
22:08 05.07.2025
Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Hamısı