“Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq”.
Ednews xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə danışıqların yekunlarına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, İrəvan ümumi qəbul edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə olunacaq:
"Ümid edirəm ki, Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra danışıqlar prosesi artıq razılaşdırılmış və məlum prinsiplər əsasında sülh müqaviləsinin yekunlaşdırılmasını başa çatdırmaq üçün tam imkan əldə edəcək".