Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq",- deyə diplomat qeyd edib.