Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Prezident İlham Əliyevi seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, bu barədə Saakaşvili sosial media hesabında paylaşım edib.
“Düzgün seçim münasibətilə Azərbaycan vətəndaşlarını və Prezident İlham Əliyevi təbrik edirəm. İlham Əliyevin etdiklərini Azərbaycan üçün heç kəs, heç zaman etməyib. O, tarixə qalib İlham kimi düşəcək və onun prezidentlik illəri Azərbaycan tarixində qızıl dövr kimi yazılacaqdır”, - deyə sabiq rəhbər bildirib.