Xəbər verdiyimiz kimi, bu gün Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Ednews xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “X” hesabında bununla bağlı təəssüratlarını bölüşüb:
"AKINCI-lar qardaş torpaqlarda yeni yuvalarında. Azərbaycanda Bayraktar AKINCI anqarının açılışını və çatdırılma mərasimini keçirdik. Birliyimiz əbədi olsun”, - deyə o qeyd edib.