Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
“EDnews” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri eyniadlı Tosima adası yaxınlığında yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.