Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü nələri dəyişəcək? – ŞƏRH

Siyasət 13:30 16.02.2024

Mart ayında Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü baş tutacaq. Görüşün Azərbaycan üçün əhəmiyyəti, eyni zamanda Ermənistanla sülh müqaviləsi də müzakirə edilə bilərmi?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirdi ki, regional inteqrasiya bütöv bölgəni birləşdirən bir üsuldur. Azərbaycan da xarici siyasətində yalnız konstruktiv meyillərə, əməkdaşlığa, bu istiqamətdə üsul və metodların hər birinə açıq dövlətdir: 

“Beynəlxalq nizama da inamsızlıq reallığı fonunda regionun müstəqil aktorlarının daha böyük vahid yaratmaq üçün bir araya gəlməsi və səylərini birləşdirməsi prosesi üzərində davamlı iş getdiyinin şahidiyik. Hər bir regional aktorun xarici siyasətinin qırmızı xəttini çəkərək oyunçuların iştirakının dəyişməsi müşahidə olunsa da bu və ya digər xırda platformalar çərçivəsində irəliləyişlər əldə etməyin vacibliyi əsasdır. Ziddiyyətli münasibətləri davam etdirmək və ya ətalətdə dayanmaqdan fərqli olaraq kiçik hər bir addım belə böyük amalların icrasında, düyünlərin açılmasında açar ola bilər. Məsələn, Azərbaycan da Ermənistanın işğalçı mahiyyətinə görə illər ərzində bilərəkdən onu regional layihələrdən kənar tutur və bunu aydın şəkildə bəyan edirdi. Zaman və proseslər sübut edir ki, dövlətin hədəfə çatmasının yeganə yolu praqmatik siyasətdən keçir”.

Xanım politoloq söhbət əsnasında qeyd etdi ki, eyni coğrafi bölgədə olan iki və ya daha çox ölkə öz hökumət funksiyalarının, məsələn, siyasi, iqtisadi, təhlükəsizlik və ya sosial vəzifələrinin aspektləri üzrə əməkdaşlıq etmək və ya birləşdirmək üçün ümumi məqsədlər üçün bir araya gəldikdə və beləliklə vahid yeni sistem yaratmaqla, regional inteqrasiya prosesini sürətləndirirlər: 

“Azərbaycan, Gürcüstan, Türkiyə üçbucağı da yeni format deyil. İllər ərzində reallaşdırılan irihəcmli layihələrin, nəqliyyat xətlərinin yüksələn xətt üzrə inkişafı bu əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətinə fundamental və inamlı əsas yaradır. Azərbaycan və Türkiyənin xarici siyasət qərarlarını uzlaşdıraraq addım atması, qardaşlıq münasibətləri dünyaya nümunə ola biləcək münasibətlərdir. Gürcüstan və Azərbaycan münasibətlərinin siyasi dialoqu isə başda prezidentlər və parlament rəhbərləri olmaqla Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu arasında da yüksək səviyyədədir. Cənab Prezident İlham Əliyev müsahibələrinin birində yenə də olduqca praqmatik baxış ortaya qoydu ki, Gürcüstan hansısa bir cinahda yer alsa belə biz bunda müsbət meyillər axtarmağa çalışacağıq ki, bizim mövqeyimizi hansısa platformada dəstəkləyən bir aktor olacaq. Düşünürəm ki, mövcud qarışıq və daha bir çox inqrediyentlərin də əlavə olunmağa çalışıldığı bir siyasi düzəndə hadisələrə bundan daha korrekt, sərrast və dürüst yanaşma ortaya qoymaq olmazdı. Azərbaycanın qalibiyyət düsturu zamanında məhz bu yanaşma ilə formalaşdırılıb”. 

Ş.Həsənova hesab edir ki, Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli görüşü isə sadəcə bu platformada yer alan ölkələr üçün deyil, bütövlükdə region üçün önəmlidir: 

“Üç ölkə arasında reallaşdırılan layihələrin icrasında bu günə qədər hər hansı bir fikir ayrılığının olmaması və  inama söykənən əlaqələr digər regional aktorlara da nümunədir ki, regional əmədaşlıq iqtisadi və siyasi dividentlər baxımından nəinki faydalı, mövcud durumda həm də zəruridir. 

Dəfələrlə Ermənistana müraciət olunub ki, regionu, regional aktorları kənara qoyaraq, regionun başı üzərindən iş görmək mümkün deyil. Realist yanaşmaq lazımdır ki, regional aktorların ayrı-ayrılıqda hər biri arasında mehriban münasibətlər olmasa belə, ən azından etimad və inam olmalıdır. Bunu ilkin formada şübhə altına alan məsələ Ermənistanın işğalçı mahiyyəti və revanşist ritorikasıdır. Azərbaycan hər bir platformada dövlət olaraq xarici siyasətinin və xalq olaraq xislətinin mahiyyətini ortaya qoyaraq sülh təklifində israrlıdır. Bu görüşdə də mövcud amilin müzakirəsi istisna deyil. Lakin bir məsələ var ki, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı dərin dövlətçilik təfəkkürünə malik çıxışında verdiyi mesaj sadəcə Azərbaycanın xarici siyasətinin konturlarını müəyyənləşdirmədi, bunun realizəsində Ermənistana olan şərti də açıq bildirdi ki, Ermənistan qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsi olmayacaq. Odur ki, qlobal rəqabətin mövcudluğu və regional əməkdaşlığın vacibliyi fonunda Ermənistan hara və kimə pənah aparmasından asılı olmayaraq dəyişikliyə öz daxilindən başlamalıdır”.

Oğuz

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Hamısı