"Azərbaycan-Türkiyə birliyi regionda sülhün, sabitliyin qarantıdır" - Deputat Əliabbas Salahzadə

Siyasət 17:44 21.02.2024

"Türk dünyasının birliyi əsas çağırışlardandır. Bu reallıq beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın iki ölkə yoxdur. Azərbaycan-Türkiyə birliyi regionda sülhün, sabitliyin qarantı kimi qeyd edilir. Hər iki ölkə ədalətin, beynəlxalq hüququn yanındadır və  bütün məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına səy göstərirlər. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı səfərləri əsasında bu əlaqələr daha da möhkəmlənir, münasibətlərin gələcək inkişafına xidmət edən addımların atılması ilə yadda qalır. Fevralın 19-da növbəti dəfə dünyanın diqqəti bu birliyə, həmrəyliyə yönəldi. Belə ki, cənab İlham Əliyev ənənəyə uyğun olaraq prezident seçkilərindən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdi. Bu addım yalnız ölkələrimiz deyil, Prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətlərinin  təqdimatı oldu. Cənab İlham Əliyevin fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan  sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə  etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inandığını diqqətə çatdırdı. “

Bu fikirləri "Ednews"ə açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə vurğulayıb. Millət vəkilinin sözlərinə görə, tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına diqqət yetirmək kifayətdir:

“Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra Azərbaycana  göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. 2021-ci ildə Şuşada Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi, Şuşa Bəyannaməsinin imzalanması bütün məsələlərdə bir yerdə olmağımızı, bir nöqtəyə vurmağımızı şərtləndirdi. Şuşa Bəyannaməsinin  müddəalarında da bu məqam öz əksini tapır ki,  Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Dövlət başçısı İlham Əliyev Müttəfiqlik Bəyannaməsini belə dəyərləndirir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.”

Əliabbas Salahzadə məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji və nəqliyyat layihələrindən bəhs edərək bu mühüm məqamı xüsusi vurğulayıb ki, həmin layihələr  sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır:

"Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan məsələlərdir. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artaraq 7,5 milyard dollara çatması münasibətlərimizin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Hədəf bu rəqəmi 15 milyard dollara çatdırmaqdır. Atılan addımlar və onların uğurlu nəticələri cənab İlham Əliyevin “Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik” fikirlərinin təsdiqi və təqdimatıdır. Ötən il Azərbaycandan  qardaş Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur.  Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Eyni fikirləri  nəqliyyat ilə bağlı da qeyd etmək olar. Əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən geri qalmayan, iki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən  Bakı-Tbilisi-Qars dəmir yolunun  yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırması  üçün bu ilin ortalarında tam istismara veriləcəyi bildirildi. Atılan addımlar ölkələrimiz arasında münasibətlərin inkişafı ilə yanaşı, bu layihələrin iştirakçısı olan dövlətlərin uzunmüddətli iqtisadi tərəqqisinə də xidmət edir.”

Millət vəkili onu da qeyd edib ki, qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir:

“Tarixi Zəfərimizdən sonra media sahəsində əməkdaşlığın qurulması bir çağırışa çevrildi.  Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı hazırkı  zamanda Ortaq Media Platformasının yaradılması vacib və əhəmiyyətli addım oldu. Hər bir ölkənin inkişafında gənclərin rolunu nəzərə alsaq onların təhsili xüsusilə diqqətdə olmalıdır. Azərbaycan-Türkiyə əlaqələrində təhsil sahəsi də  diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin budəfəki səfəri çərçivəsində imzalanan üç sənəddən biri təhsillə bağlı oldu. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Cənab İlham Əliyevin vurğuladığı kimi, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu,  birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə  universitetin nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminik.

“Azərbaycan-Türkiyə əlaqələrinin ayrı-ayrı sahələr üzrə inkişafı, atılan addımların davamlılığı münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu birlik, qardaşlıq xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı öz növbəsində böyük ailə olan türk dünyasının birliyinə öz müsbət təsirini göstərir. Səfər çərçivəsində Prezidentlərin  keçirdikləri görüşlərdə, mətbuata birgə bəyanatlarında bu məsələyə də xüsusi diqqət yönəldildi. Bir daha vurğulandı ki, böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik olan  Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsi vacibdir”,- deyə Əliabbas Salahzadə vurğulayıb.

Əkbər

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı
10:42 02.06.2025
Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik etdi
08:24 02.06.2025
Kovalenko: Rusiya strateji bombardmançılarını bərpa edə bilməyəcək
08:03 02.06.2025
Böyük Britaniya 12 nüvə sualtı qayıq inşa edəcək
05:29 02.06.2025
Hokkaydo adasında 6,1 bal gücündə zəlzələ baş verib
05:19 02.06.2025
Aqressiv beyin xərçənginin müalicəsində irəliləyiş əldə olunub
04:13 02.06.2025
Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
03:24 02.06.2025
Almaniyada xəstəxananı yandıran 72 yaşlı kişi saxlanılıb
20:57 01.06.2025
World Boxing-dən Məcburi Gender Testi Qərarı: İdmanda Yeni Mübahisə
13:07 31.05.2025
Simonyanın “300 min azərbaycanlı” açıqlaması Ermənistanda narahatlıq doğurub
13:01 31.05.2025
Bakı-Vaşinqton təmasları intensivləşir: ABŞ Azərbaycanın strateji rolunu tanıyır
12:55 31.05.2025
“Uitkoff planı” rədd edilsə, HƏMAS tamamilə məhv ediləcək"
11:47 31.05.2025
ABŞ Ukraynanı Rusiya ilə danışıqlarda iştiraka məcbur edə bilər
11:39 31.05.2025
"Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib "
10:50 31.05.2025
Senator Stiv Deyns Bakı-Yerevan sülh prosesinə ABŞ-ın dəstəyini bir daha ifadə etdi
10:21 31.05.2025
Azərbaycan və Dominikan Respublikası arasında diplomatik təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
10:17 31.05.2025
Ukrayna Türkiyədən hava hücumundan müdafiə sistemləri istədi
10:16 31.05.2025
"Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj gəlib
10:10 31.05.2025
Can Pyero Qasperini "Roma"da
09:48 31.05.2025
"Fənərbaxça" iki ulduz futbolçu ilə yollarını ayırdı
09:11 31.05.2025
Bazarda keyfiyyətsiz günəbaxan yağları: Bu markalara diqqət edin!
09:05 31.05.2025
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Şuşaya səfəri başlayıb
09:04 31.05.2025
İranda tələbələr qazdan zəhərləndi: Universitet yataqxanasında təhlükəli hadisə
08:12 31.05.2025
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
07:51 31.05.2025
Tramp Maskı qeyri-adi hədiyyə ilə yola saldı
07:47 31.05.2025
UEFA Çempionlar Liqasında final həyəcanı: PSJ "İnter"lə üz-üzə gəlir
07:33 31.05.2025
Alkoqol içəndə üzünüz qızarır? - Həkim təhlükə barədə xəbərdarlıq etdi
01:55 31.05.2025
Qədim mayalıların yeni sirri ortaya çıxdı
01:06 31.05.2025
Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətləri
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
Hamısı