"Robert Köçəryan və Serj Sarkisyan hakimiyyət çevrilişinə hazırlaşırlar".
Ednews xəbər verir ki, bu sözləri məhur erməni bloqqer Natali Aleksanyan Ermənistan televiziya kanalına açıqlamasında söyləyib.
"Əziz erməni xalqı bu məlumatı məndən eşidin. Robert Köçəryan və Serj Sarkisyan hakimiyyəti ələ keçirməyə çalışırlar. Onlar hazırda çevriliş etməyə hazırlaşırlar. Bu məlumat ümid edirəm Azərbaycan xalqına da çatacaq. Bilin ki, mən hər zaman doğruları söyləməkdə çəkinməyəcəm".
Qeyd edək ki, bloqqer bu məlumatın rəsmi olaraq təsdiqləndiyini də iddia edib.
Xatırladaq ki, Robert Köçəryan hazırda Ermənistan milli məclisində deputat qismində fəaliyyət göstərməkdədir.
Əkbər