Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlinə səfəri çərçivəsində Almaniya XİN rəhbəri Annalena Berbokla görüşüb.
Ednews xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda Berlində ikitərəfli danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda keçirilir.