Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Ednews xəbər verir ki, nazirin səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı və çıxışı gözlənilir.
Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Fələstinlə bağlı fövqəladə iclası sabah Ciddədə keçiriləcək.