Hazırkı geo-siyasi gerçəklikdə Zəngəzurun, Göyçənin hətta bütövlükdə Qərbi Azərbaycanın Azərbaycan Respublikasına birləşdirilməsi məsələsi bu il həll yolunu tapa bilərmi?
Məsələ ilə bağlı Ednews-a açıqlamasında jurnalist Fuad Abbasov bildirdi ki, bu ilin sonuna qədər yox, bu ayın sonuna qədər məsələ həll oluna bilər:
“Hər şey Ermənistanın siyasi iradəsinə bağlıdır. Ermənistan istiqlaliyyət bəyannaməsinin 11-ci maddəsində Qərbi Ermənistan ifadəsi keçir. Hazırkı Türkiyə torpaqlarını, başda Ağrı Dağı olmaqla, Ərzurum, Ərzincan, Iğdır, Kars bölgələrini əhatə edir. Heç olmasa Ermənistanda konstitutsiya dəyişiklikləri yönünüdə bir referendum keçirilmə tarixi elan edilsə, biz başa düşərik ki, Paşinyan hökuməti bununla əlaqədar nəsə bir addım atır. Amma Paşinyan bunun əvəzinə gah ABŞ-da, gah Fransada, gah da Rusiyada, Hindistanda, Yunanıstanda özünə dost, yoldaş, təsəlli axtarır. Silahlanma yoluna gedir. Müxtəlif ölkələrin göstərişi ilə oturub durur. Bunlar nəyi göstərir? Paşinyan uduzmuş ölkə olmasına, kapitulyasiya aktını imzalamasına və nəticə etibarı ilə Azərbaycandan və Türkiyədən asılı olmasına baxmayaraq bu iki dövlətə torpaq iddiasını davam etdirir. Bunu da öz konstitutsiyasından çıxartmaq istəmir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu ilin axırına qədər sülh müqaviləsindən söz belə gedə bilməz. Tək səbəbi də Ermənistan iqtidarının buna niyyətinin olmamağıdır”.
Oğuz