ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun köməkçisi Ceyms O`Brayen bildirib ki, ABŞ və Ermənistan mülki nüvə enerjisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir.
Ednews-un xəbərinə görə, o qeyd edib ki, Aİ artıq Ermənistanla mövcud nüvə enerjisi mənbələrinin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün işləyir və bu əməkdaşlıq genişlənir.
Onun sözlərinə görə, Ermənistan mövcud ANPP-ni (Metsamor) yenisi ilə əvəz etmək variantlarını nəzərdən keçirərkən, ABŞ texno-iqtisadi sektoru maliyyələşdirməyə, yeni imkanları müəyyən etmək üçün elmi mübadilələrə qoşulmağa və diversifikasiyanın maliyyələşdirilməsi variantlarını araşdırmaq niyyətindədir.
Fərid