Nazirlər Kabinetində “Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə və 2022-ci il 29 noyabr tarixli 425 nömrəli Qərarı ilə təsdiq edilmiş “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edillib.
Ednews xəbər verir ki, dəyişikliklə bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabelindəki Geoloji Kəşfiyyat Agentliyi, həmçinin Geodeziya və Kartoqrafiya Agentliyinin sərəncamında qalan vəsaitin istifadə qaydası müəyyənləşib.
Belə ki, hər iki qurumun sərəncamında qalan vəsait nazirliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayrılacaq.