ABŞ-da respublikaçıların prezident nümayəndəsi olan Donald Trampın Ukrayna müharibəsinə münasibəti haqqında son vaxtlarda müxtəlif fikirlər səsləndirilib.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, Qərb mediası və Avropa dövlətləri liderləri Trampın Rusiyaya güzəştə gedəcəyini bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə müharibəni sonlandırmaqdan bəhs edib. O, bunun üçün hansı yola əl atacağını soruşulduqda isə Moskva ilə danışıqlar aparacağını bildirib.
Xəbərdə bildirilir ki, Tramp müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara hazırdır. Onun Krımı Rusiyaya verəcəyindən narahat olan Qərb dünyası, ABŞ-dakı prezidenti seçkilərində Baydenə dəstək verəcək.
Bundan əlavə, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Tramp Ukraynanın lazımsız xərclərindən qurtulacaq. Onun sözlərinə görə, Kiyevin müharibə xərclərini artırması müharibənin daha da uzanmasına səbəb olub.
Krımın sülh əvəzində Rusiyaya verilməsi məsələsi bir çox respublikaçılar tərfindən etirazlarla qarşılanıb.
Fərid