Ceyhun Bayramov: COP29-un Azərbaycanda təşkili MDB-də "yaşıl enerji"yə keçidə təkan verəcək

Siyasət 16:20 12.04.2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib. Çıxış zamanı nazir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilinin MDB çərçivəsində "yaşıl enerji"yə keçidi gücləndirəcəyini vurğulayıb.

 

Bu barədə Ednews-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Bildirilib ki, çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb. Həmçinin MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.

 

"Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə MDB üzv dövlətləri ilə beynəlxalq bazarlar arasında tranzit-nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş rolunu oynadığı bildirilib. Bu imkanların daha da təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən dəmir yollarının modernizasiyası, Ələt beynəlxalq dəniz ticarət limanının potensialının genişləndirilməsi, Ələt azad iqtisadi zonasının inkişafı istiqamətində aparılan aktiv fəaliyyətlərdən bəhs olunub", - məlumatda qeyd edilib.

 

Vurğulanıb ki, MDB üzv dövlətləri arasında qarşılıqlı inam və anlaşma, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsində humanitar sahə üzrə əməkdaşlıq və mübadilələrin rolu danılmazdır: "MDB-nin təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, idman və gənclər sahələri üzrə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq üçün uğurlu format olduğu diqqətə çatdırılıb. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcəyi xatırlanıb və bu məqsədlə ölkəmizdə aparılan aktiv hazırlıq işlərindən danışılıb. Eyni zamanda, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu hüququ əldə edilməsi məqsədilə Azərbaycanın Laçın şəhərinin namizədliyinin irəli sürüldüyü qeyd edilib. 2025-ci ildə İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar qəbul edilmiş müvafiq tədbirlər planının Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilib, ölkəmizin sözügedən qələbənin qazanılmasına verdiyi önəmli töhfədən danışılıb".

 

Çıxış zamanı cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Azərbaycanda aparılan hazırlıq işlərindən də bəhs olunub. COP29-un Azərbaycanda təşkilinin, həmçinin MDB çərçivəsində "yaşıl enerji"yə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub. Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə edilib.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
10:24 04.07.2025
HƏMAS atəşkəsə razıdır
10:19 04.07.2025
İlham Əliyev ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib
10:16 04.07.2025
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana gəlib
09:55 04.07.2025
Tacikistan Prezidenti Azərbaycana gəlib
09:38 04.07.2025
ÜST alkoqol, siqaret və qazlı içkilərin qiymətini artırmağa çağırdı
09:31 04.07.2025
"Beynəlxalq Kosmik Stansiyanı təqaüdə göndərməyin vaxtıdır"
09:16 04.07.2025
Yaddaşı və diqqəti yaxşılaşdırmağın ən sadə üsulu açıqlandı
09:10 04.07.2025
Messi "İnter Mayami"də qala bilər
09:01 04.07.2025
Dəniz dibinə "mikroskoplu çamadan" endirildi
08:46 04.07.2025
Suriyanın gerbi dəyişdirildi
08:31 04.07.2025
Cənubi Koreyada yeni baş nazir təyin edildi
08:12 04.07.2025
"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
Hamısı