Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR

Siyasət 10:32 16.04.2024

“Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi hələlik çətin görünür. Bu il iki ölkə arasında sülh sazişinin imzalanması gözlənilirdi. Lakin proseslər göstərir ki, buna nail olmaq çox çətindir”.

Bu sözləri Ednews-a türkiyəli politoloq Muhammet Kutlu deyib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasını çətinləşdirən əsas səbəb, bir çox dövlətlərin Türkiyə ilə Orta Asiya arasında əlaqəni kəsmək üçün Sovet İttifaqı dövründə Azərbaycan və Türkiyə arasında sədd kimi uzadılan Zəngəzur dəhlizini yaşatmaq istəməsidir:

“Azərbaycan və Ermənistan liderləri faktiki olaraq, demək olar ki, bütün məsələlərdə, o cümlədən Zəngəzur dəhlizində razılığa gəliblər. İki ölkə arasında razılaşmanın qarşısında duran ən mühüm maneə əslində dünyanı öz maraqları üçün manipulyasiya edən beynəlxalq şirkətlər və qlobal güclərin nəzarəti altında olan imperialist dövlətlərdən ibarətdir. Bu imperialist nizam dəyişmədikcə, görünən odur ki, bir çox fərqli və ikinci dərəcəli səbəblər sıxışdırılacaq və iki ölkənin razılığa gəlməsinə maneələr yaranacaq.
Erməni diasporunun cəmləşdiyi ABŞ və Fransa Ermənistanla Azərbaycan arasında razılaşma və Zəngəzur dəhlizinin açılması ilə nəticələnəcək vəziyyətə qəti şəkildə imkan vermək istəmirlər. Bu iki ölkəyə qondarma İslam Respublikası olan, lakin yarandığı gündən Ermənistanın ən yaxın müttəfiqi və sponsoru olan İran da qoşulur. İran üçün türklərin qurudan birləşməsindən böyük fəlakət ola bilməz. Belə bir vəziyyət türklərin əhatəsində olmaq hissini verəcəyi üçün bu ölkə Qafqazda birləşməyə və sabitliyə qarşı böyük qətiyyətlə dayanır. Vaxtilə ermənilərə gizli dəstək verən İran artıq açıq şəkildə dəstəyini göstərməkdən çəkinmir. Əslində İran Azərbaycanın Zəngəzur dəhlizi təklifinə öz ərazisindən keçəcək layihə ilə cavab verdi. Ağıllarında türkləri öz ərazilərindən keçərək öz nəzarətləri altına almaq istəyirdilər. Ancaq təbii ki, bu çox populyar deyildi”.

M.Kutlu qeyd etdi ki, Rusiya-Ukrayna, İsrail-Həmas müharibələri, Suriya vətəndaş müharibəsi və Uzaq Şərqdə hər an başlayacağı gözlənilən Çin-Tayvan-ABŞ müharibəsi ilə gərgin dövr keçirən dünya konyukturası da göstərir ki, Qafqazda daimi sülh hələlik o qədər də yaxın deyil:

“Məsələnin əslinə gəlincə, diaspora nifrəti və imperialist ölkələrin təxribatı ucbatından Azərbaycan və Türkiyə düşmənçiliyində boğulan Ermənistan indi qərar qəbul etməlidir. Onlar diaspora və bir neçə ölkənin xeyriyyə yardımları ilə ötən əsrdə ilişib qalmış, yarı ac-yarı doymuş kasıb ölkə kimi davam edəcəklər, yoxsa Türkiyə və Azərbaycanla barışıb, böyük ticarət qazancları əldə edəcəklər. Əgər Ermənistan bu məsələdə qərar verərsə, o zaman heç bir şər güc mərkəzi Qafqaza sülhün gəlməsinə mane ola bilməz”.

Oğuz 

Bu münaqişəni İran yox, İsrail başlatdı - Amerikalı ekspertdən İDDİA - VİDEO

Xəbər xətti

Amerikalı professordan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Amerikalı professordan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
16:39 30.04.2024
İsti havada işləməyin sağlamlıq riskləri nələrdir?
İsti havada işləməyin sağlamlıq riskləri nələrdir?
16:30 30.04.2024
May ayının əvvəllərində Şuşaya 20 ailə köçürüləcək - Püşkatma keçirildi
16:22 30.04.2024
Azərbaycan XİN Fransanın daxili işlər nazirinə cavab verib
16:10 30.04.2024
Bu münaqişəni İran yox, İsrail başlatdı - Amerikalı ekspertdən İDDİA - VİDEO
16:05 30.04.2024
"Ermənistanın bütün işi hər kəsə çamur atmaqdır" - Umud Mirzəyev - VİDEO
16:00 30.04.2024
Şuşada VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Şuşada VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
15:59 30.04.2024
İspaniyalı fotoqraf Qervasio Sançez işğaldan azad olunmuş ərazilərdə səfərdədir
15:55 30.04.2024
Növbəti köç karvanı Laçına çatdı
15:46 30.04.2024
Bu Qərb dövlətləri Ukraynaya hərbi yardım edəcək
Bu Qərb dövlətləri Ukraynaya hərbi yardım edəcək
15:45 30.04.2024
Buraxılış imtahanında 4 nəfər 300 bal topladı - SİYAHI
15:42 30.04.2024
Vyanada Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə tədbir keçirilir
15:37 30.04.2024
Doha Bəyannaməsi qəbul edildi: Azərbaycanın 4 kəndinin qaytarılması, sülh prosesi...
15:30 30.04.2024
Türk turist İsrailli polisi bıçaqladı - VİDEO
Türk turist İsrailli polisi bıçaqladı - VİDEO
15:26 30.04.2024
Aprelin 7-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
15:23 30.04.2024
ABŞ Polşa ərazisində nüvə silahları yerləşdirməyə HAZIRLAŞIR
15:20 30.04.2024
Zorakılığın ən pisi uşaqların gözünün önündə olmasıdır - Mehriban Zeynalova-VIDEO
15:15 30.04.2024
May ayında hava necə OLACAQ?
15:10 30.04.2024
KİV: Macarıstan Azərbaycana görə Aİ Sülh Fondundan Ermənistana dəstək verilməsini bloklayır
15:06 30.04.2024
Ələkbər Məmmədov Umud Mirzəyevlə qadın minaaxtaranlar layihəsinin uğurlu olmasından danışır - VİDEO
14:55 30.04.2024
XİN rəhbəri: Azərbaycan Ermənistanla ikitərəfli və birbaşa sülh danışıqlarına tərəfdardır
14:50 30.04.2024
Necə edək ki, dişlərimiz çürüməsin? - Stomatoloqla MÜSAHİBƏ
14:45 30.04.2024
Ceyhun Bayramov Qətərin xarici işlər naziri ilə görüşüb
14:26 30.04.2024
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
14:15 30.04.2024
Yeni İpək Yolu layihəsinin perspektivləri: Azərbaycandan bundan necə yararlanacaq? - ŞƏRH
14:05 30.04.2024
“Erməni separatizmi artıq bütün dünyaya məlumdur“ – Umud Mirzəyev -VİDEO
14:01 30.04.2024
Kütləvi məzarlıqlarda cəsədlər bir-birinin üzərində basdırılıb
13:55 30.04.2024
Yaşıl enerji ya da neft-qaz? - Natiq Cəfərli ŞƏRH EDİR
13:50 30.04.2024
Mayın ilk günü hava necə olacaq?
Mayın ilk günü hava necə olacaq?
13:41 30.04.2024
Odessanın “İsgəndər” raketi ilə atəşə tutulması anı – VİDEO
Odessanın “İsgəndər” raketi ilə atəşə tutulması anı – VİDEO
13:35 30.04.2024
Xankəndidəki Qarabağ Universitetinin yataqxanasının görüntüləri - VİDEO
13:25 30.04.2024
Sultan Əhməd Əli Azərbaycanda səfərdədir - VİDEO
13:19 30.04.2024
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
13:17 30.04.2024
Almaniyada dövlət çevrilişinə cəhdlə bağlı məhkəmə başlayıb
Almaniyada dövlət çevrilişinə cəhdlə bağlı məhkəmə başlayıb
13:10 30.04.2024
Fransa səfiri Azərbaycana qayıdıb
13:05 30.04.2024
18 məzarlıqda tapılan 55 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
12:50 30.04.2024
Bu gün bəzi itkin düşmüş şəxslərin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK
12:40 30.04.2024
1-ci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin adı BƏLLİ OLDU
12:37 30.04.2024
Ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:17 30.04.2024
İranda məcburi hicaba görə xəstəxana BAĞLANDI - VİDEO
İranda məcburi hicaba görə xəstəxana BAĞLANDI - VİDEO
11:50 30.04.2024
Hamısı