Necə edək ki, dişlərimiz çürüməsin? - Stomatoloqla MÜSAHİBƏ

Sağlamlıq 14:45 30.04.2024

Ednews həkim, stomatoloq Simurq Məmmədovla müsahibəni təqdim edir:

- Diş çürüməsi nədir və necə yaranır?

- İlk olaraq onu qeyd edim ki, dişimiz də digər orqanlarımız kimi canlıdır. Ətrafdan sərt toxumalarla əhatə edilmiş dişin daxilində yumuşaq formada bir toxuma var ki, bu da diş siniri kimi tanıdığımız "pulpa"dır. "Pulpa"da həm qan-damar sistemi, həm də sinir hüceyrələri və uzantıları var. Dişimizin ağız boşluğunda görünən hissəsi yəni, tacı ətrafdan çox sərt bir toxuma ilə əhatə olunub, hansı ki həmin toxuma orqanizmdəki ən sərt toxumadır. Həmin bu toxuma 96% qeyri-üzvi maddələrdən təşkil olunmuşdur.

9790def2-c866-42ad-b69e-a95f945a2c4b.jpg

-Günlük qidalanmadan sonra gigiyenik qaydalara riayyət etmədikdə nə baş verir?

- Sərt toxuma yəni mina "çürüyür". Çürük kimi tanıdığımız isə əslində ağız boşluğunda olan st.mutans bakteriyaları tərəfindən dişimizin minasında törədilən dekalsifikasiya prosesidir. Bu zaman dişimizin  üzərində qalan qida artıqları həmin bu bakteriyaların ilkin qida mənbəyi olur və bu zaman dişimizin minasının üzərində turş bir mühit yaranır. Hansı ki,  biz bunu dişimizi  fırçalamadan yatıb səhər oyandıqda da hiss edə bilirik. Həmin bu turş  mühit dişimizin minasında olan Ca minerallarında əriməyə səbəb yaradır. Beləcə  dişimiz öz minerallarını itirir və ortaya qara ve ya qəhvəyi rəng də nekrozlaşmış görüntü çıxır . Biz buna "çürük “ deyirik. Bu proses irəlilədikcə dişimizin daha dərin qatlarına yəni dentin ve daha sonra pulpasına çatır. Artıq bu mərlələrdə ağrılar olur.

-Pasiyent bu mərhələdə həkimə müraciət etməlidir?

- İstidən və ya qidalanma zamanı olan ağrılardan  pasiyentlər şikayət edir. Pasiyent bu mərhələlərdə  həkimə müraciət etmədikdə artıq “pulpit” dediyimiz yəni dişin damar-sinir destinin iltihabı prosesi başlayır. Bu ağrılar uzun müddətli hətta bir neçə saat çəkən ve spesifik gecə ağrıları olur. Bu ağrılar çox kəskin olur. Pasiyentlərin əksəriyyəti bu mərhələdə həkimə müraciət edir. Amma bəzi pasiyentlər ağrı kəsici dərmanların onlara faydalı olacağını zənn edərək və ya diş  həkiminə olan fobiyadan dolayı həkimə müraciət etmirlər. Nəticədə diş siniri artıq tamamilə məhv olur.
Təbii ki proses burda dayanmır və bakteriyalar üçün qida mənbəyi artdığı üçün (yəni dişin damar-sinir dəsti ) onlar burada daha da sürətlə çoxalırlar. Bu iltihabı proses diş ətrafı toxumaya yayılmağa başlayır ki, bu da həm həkimin həm də pasiyentin müalicəsini həm uzadır həm də çətinləşdirir. Diş ətrafı toxumaya yayılmış prosesə periodontit deyirik.

-Həkim, bu zaman nə baş verir ?

- Belə pasiyentlər çox kəskin və güclü hətta ağrı kəsicilərin belə kömək etməyi və ya çox zəif təsir etdiyi ağrılarla müraciət edirlər. Kəskin mərhələdə üzdə assimmetrik dərəcədə olan şişkinlik olur. Bəzi hallarda şişkinlik o qədər çox olur ki, pasiyent ağzını açaraq ağrıyan dişini çətinliklə göstərir. Belə hallarda artıq kəskin fazada dişə müdaxilə etmək çox çətin olur və ya imkansız olur. Eyni zamanda çürük dişin vaxtında müalicə edilməməsi diş  ətrafı toxumalarda və hətta çənə sümüyündə destruksiyaya ve kista yaranmasına səbəb olur. Ağır hallarda isə həyatı təhlükə yaramasına səbəb olur.

- Çürük diş hansı xəstəliklərə səbəb olur?

-Diş çürüməsi ürək-damar sistemindən mədə, qaraciyər, şəkərli diabet və böyrək kimi bir çox həyati orqanlarda ciddi sistem problemlərinə səbəb ola bilər.  Çünki ağızda olan bakteriyalar çürük diş vasitəsilə orqanizmə yayıla bilər və bu xəstəlikləri kəskinləşdirə bilər. Araşdırmalar göstərir ki, orqanizmə ağız boşluğu vasitəsilə daxil olan bakteriyalar damar keçməzliyi və hətta ürək infarktına qədər ağır fəsadlara yol aça bilir.

Aparılan araşdırmalar göstərir ki, erkən doğum olan pasientlerin ağız boşluğunda çox sayda diş çürüyü  və diş əti problemlərinin olduğunu  göstərir. Həmçinin hamiləlik zamanı ananın ağız boşluğunda  olan çürük diş vasitəsilə qan dövranına qarışan bakteriyalar vasitəsilə dölə daxil ola bilir və sağlam doğulmuş uşaqlardan fərqli olaraq daha az çəkili uşaqların doğulmasına səbəb olurlar.

Çürük dişdə olan boşluğa yığılan qida qalıntıları çürümə zamanı yaratdıqları turş mühit eyni zamanda diş ətlərini də təsirsiz buraxmır. Diş ətlərində öncə gingivit dediyimiz qanama ve şişkinliklə müşahidə  olunan xəstəliyə də səbəb olur.

-Pasiyentlər ildə neçə dəfə həkim qəbulunda olmalıdır?

- Yaxşı olarki əhalimiz ildə 3-4 dəfə stomatoloq kontrolunda olsun. Çünki dişimizdə olan kiçik bir çürük zamanında müalicə edilərsə bütün  yuxarıda sadaladığımız xəstəliklərin  zamanında önünə keçmiş olarıq. Dişiniz sizi həkimə gətirməmiş siz dişinizi həkimə gətirin!

Söhbətləşdi: Aynurə İsmayıl

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

İranda "Mossad"ın dron anbarı aşkar edildi
17:13 23.06.2025
Zelenski Böyük Britaniyaya getdi
17:09 23.06.2025
“Rusiyanın mübarizəsi öz gələcəyi uğrundadır”
17:00 23.06.2025
Fars körfəzində nəhəng tıxac yaranıb
16:56 23.06.2025
Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib
16:54 23.06.2025
"Bakının möhtəşəm memarlığı var"
16:51 23.06.2025
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib
15:54 23.06.2025
Suriyadakı ABŞ hərbi bazası hücuma məruz qalıb
14:30 23.06.2025
Aİ İranın cavab tədbirlərini genişləndirə biləcəyindən narahatdır
13:32 23.06.2025
Rusiyada Ermənistana brilyant daşıyan ermənilər tutuldu
13:28 23.06.2025
"ABŞ İrana endirilən zərbə ilə bağlı NATO müttəfiqləri ilə məsləhətləşməyib"
12:54 23.06.2025
"ABŞ-nin aqressiyası münaqişənin bütün Yaxın Şərqə yayılmasına zəmin yaradır"
12:49 23.06.2025
İlham Əliyev Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib
12:10 23.06.2025
İsrail İranın 6 aerodromunu və 15 təyyarəsini məhv etdi
12:03 23.06.2025
Nyu-York İranla döyüşmək istəmir
11:23 23.06.2025
Ayı insanlara hücum etdi
11:20 23.06.2025
"Geri dönəcəm"
11:16 23.06.2025
“Regionlararası platformalar yaradılmalıdır"
11:13 23.06.2025
Rusiyanın Ukraynaya hücumu nəticəsində iki nəfər həlak olub
11:10 23.06.2025
QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verdi
10:56 23.06.2025
ABŞ kəşfiyyatı İraq və Suriyadakı hərbi bazalarına hücumlara hazırlıqdan xəbər tutub
02:48 23.06.2025
BMT: AEBA İranın zərbə endirilən nüvə obyektlərinə girməlidir
01:55 23.06.2025
Çin BMT Təhlükəsizlik Şurasından qətnamə qəbul etməsini gözləyir
01:52 23.06.2025
FİSO olimpiadası saxtadır?
01:47 23.06.2025
"ABŞ nüvə təhlükəsini aradan qaldırmaq üçün addımlar atıb"
01:31 23.06.2025
"İran nüvə silahı yaradacaq"
01:29 23.06.2025
İsrail Təbrizi və Tehranı yenə bombaladı YENİLƏNİB
01:25 23.06.2025
Azlıqda qalan "Real Madrid" inamlı qələbə qazandı
01:16 23.06.2025
Əlcəzairdə futbol matçında tribuna aşdı
23:54 22.06.2025
İƏT-in Nazirlər Şurası Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul etdi
23:48 22.06.2025
"İran-İsrail müharibəsinin nəticələri Avropaya çatacaq"
23:45 22.06.2025
İran “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxa bilər
23:43 22.06.2025
Suriyada terror aktı baş verib
23:39 22.06.2025
"Yaxın Şərqdə münaqişənin artması Çinin maraqlarını təhdid edir"
23:37 22.06.2025
İranın Xarici İşlər Naziri Moskvadadır
23:11 22.06.2025
Qubada ağır qəza baş verib
21:51 22.06.2025
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
Hamısı